“Üsyankar müstəntiq”ə zəng edən prokuror işini itirib - MÜHACİRƏTƏ GETDİ...

  • By admin
  • 13 Sentyabr 2016 00:34

adil-mammadov

Azərbaycanda insan hüquqları sahəsində ədalətsizliyə etiraz edərək, könüllü prokurorluq orqanlarından istefa verən Zərdab  rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla isti münasibətinə görə prokurorluq orqanlarından xaric edilənlər olub.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən  Adil Məmmədov  “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib.

Rufet-sefer

Saytımıza açıqlamasında Rüfət Səfərovun vəkili Bəhruz Bayramov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, həmin vaxt Adil Məmmədov Rüfət Səfərova bu olayı ictimailəşdirməməyi tövsiyyə etdiyindən olaydan ictimaiyyətin xəbəri olmayıb.

Məsələ ilə bağlı Adil Məmmədovun da mövqeyini işıqlandırmağa çalışacağıq.

Elmar