Üzeyir Hacıbəyovun xatirəsi anıldı - FOTOLAR

  • By admin
  • 17 Sentyabr 2016 15:00

uzeyir2

Bu gün dahi Üzeyir Hacıbəylinin anım günü keçirilib.

Gununsesi.info xəbər verir ki, anım tədbiri bəstəkarın Fəxri Xiyabandakı məzarı önündən başlayıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, musiqiçilər və tələbələr böyük şəxsiyyətin məzarı önünə gül dəstələri qoyaraq onun ruhunu hörmətlə anıblar. Milli Konservatoriyanın qarşısında da bu  günlə bağlı kiçik konsert verilib. Ənənəyə sadiq qalaraq bu il də Güllələnmiş Heykəllər unudulmayıb. Üç böyük şəxsiyyətin heykəlləri qarşısına gül dəstələri qoyulub. Anım mərasiminə bəstəkar Üzeyir Hacıbəylinin adına olan  Bakı Musiqi Akademiyasının qarşısındakı konsert yekun vurub. Ölməz bəstəkarın musiqiləri Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin  və Xor Kapellasının ifasında dinlənilib.

uzeyir1

uzeyir

Gununsesi.info