Vətəndaşların müraciətlərini heçə sayanlar - CƏRİMƏLƏNƏCƏK

  • By admin
  • 14 İyun 2016 15:30

Millio Meclisss

 

Vətəndaşların müraciətlərini pozanlar cərimə olunacaq. Gununsesi.info vəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasına inzibati Xətalar Məcəlləsinə “Vətəndaşların müraciətləri haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı dəyişiklik nəzərdə tutulub. Dəyişkliyə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.

Belə ki, dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə – vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Mürtəza