Vəzifəsindən azad edilən naziri Xaməneyi özünə müşavir təyin etdi

  • By admin
  • 21 Avqust 2017 11:30

xameneyi

İran prezidenti Həsən Ruhani yeni hökumət kabinetini formalaşdırarkən müdafiə naziri Hüseyn Dehqanini yeni kabinetə salmaması islahatçılarla mühafizəkarlar arasında ciddi narazıçılığa səbəb olub.

Gununsesi.info Mehr News-ə istinadən xəbər verir ki, yeni hökumətdə yer ala bilməyən mühafizkarların nümayəndəsi sabiq madafiə naziri Hüseyn Dehqani mühafizəkarlar və ali dini lider tərəfindən vəzifəyə təyin edilib.

Beləliklə, Hüseyn Dehqani ali dini rəhbər Seyyid Əli Xaməneyinin müşaviri postuna təyinat alıb. “Sizin müdafiə və xüsusən də müdafiə sənayesi sahəsindəki təcrübənizi nəzərə alaraq müşavir qismində,  müdafiə sənayesi və silahlı qüvvələr dəstək qərargahının rəhbəri təyin edirəm”- deyə, Ayətullah Seyyid Əli Xaməneyi bildirib.

Ali rəhbər eyni zamanda, H.Dehqanidən ölkənin müdafiə qabliyyətinin gücləndirilməsi məqsədi ilə yeni müdafiə qabliyyəti texnologiyalarının elmi araşdırmalarının aparılması və onun inkişaf etdilməsinə ciddi nəzarət etməyi xüsusi tapşırıb.

Qeyd edək ki, Həsən Ruhani Hüseyn Dehqaninin yerinə beynəlxalq  əlaqələr üzrə nazir müavini, briqada generalı, silahlı qüvvələrin baş qərargah rəisinin müavini Əmir Hatəmini nazir təyin edib.

Gununsesi.info