Vahid Ələkbərov sərvəti artan rusiyalı milyarderlərin ilk beşliyinə düşdü

  • By admin
  • 03 Avqust 2021 15:09

Rusiyalı milyarderlərin sərvəti 2021-ci ilin yanvar -iyul aylarında ümumilikdə 39,4 milyard dollar artıb. Ən böyük artım “Severstal”ın (“Северстали”) əsas sahibkarı Aleksey Mordaşovda (6,14 milyard dollar artaraq 29,2 milyard dollar olub) qeydə alınıb.

Bu barədə “Bloomberg Billionaires Index”in (BBI) reytinqində bildirilir.

Sərvətində artım olan milyarderlərin reytinqində ikinci və üçüncü yerləri “NOVATEK”in (“НОВАТЭК”) həmsahibi Leonid Mixelson və “NLMK”nın (“НЛМК”) əsas benifisiarı Vladimir Lisin (müvafiq olaraq + 5,8 və 5,5 milyard dollar) tutur.

“Nornikel”in (“Норникель”) əsas sahibkarlarından olan Vladimir Potaninin sərvəti 3,36 mlrd dollar artıraraq 33,4 mlrd dollar təşkil edib. Beşinci pillədə isə “LUKOYL”un (“ЛУКОЙЛ”) həmsahibi Vahid Ələkbərov qərarlaşıb. O, ilin əvvəlindən sərvətini 4,01 mlrd dollar artıraraq 21,3 mlrd dollara çatdırıb.

Gununsesi.info