Vaksin olunanların sayı açıqlandı

  • By admin
  • 04 Dekabr 2021 17:29

Azərbaycanda son sutkada koronavirus əleyhinə 35 832 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə 5 346, Buster doza mərhələ üzrə 26 597 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə isə 4 588 915, buster doza isə 991 210 nəfər təşkil edir.

Gununsesi.info