Van Damm Ukraynada görüntüləndi

Van Damm Ukraynanın Zakarpat vilayətinin inzibati mərkəzi olan Ujqorod şəhərində görüntülənib.

Gununsesi.info xəbər verir ki, VESTI Telegram kanalının məlumatına görə, aktyorun fotosunu sosial şəbəkədə yerli həkim Mixail Erşov paylaşıb.

Qeyd edilir ki, sənətçi uzun illərdir ukraynalı Alena Kaverina ilə münasibətdədir. İki il əvvəl Van Damm Kiyevdə çəkiliş apararkən cütlük şəhərinin ən bahalı otellərindən biri olan “Fairmont”da qalırdı.

Qız həmin vaxt sosial şəbəkədə Kiyevin “gözəl, lakin baxımsız” olduğunu yazmış və yolların vəziyyətindən şikayətlənmişdi.

2020-ci ilin dekabrında Van Dammın ukraynalı sevgilisinə “Mercedes-Benz GLE” markalı avtomobil aldığı bildirilirdi.

Qeyd edək ki, məşhur aktyorun oğlu azərbaycanlı xanımla ailə həyatı qurub.

Gununsesi.info