Vasif Talıbov hakimiyyətinin 25 ili…

  • By admin
  • 16 Dekabr 2020 12:42

Bu gün Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildiyi gündür.

Hazırda 60 yaşı olan Vasif Talıbov Muxtar Respublikaya rəhbərlik etdiyi ötən 25 il ərzində sərt idarəçiliyi və insan hüquqlarına qadağaları ilə tanınıb.
Məhz bu fəaliyyətin nəticəsidir ki, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Naxçıvandakı durumla bağlı ayrıca bölmələr əks olunub.
Naxçıvan həm də işsizlik problemləri ilə üzləşən bölgələrdəndir.
Belə ki, Muxtar Respublikanın sakinləri iş dalınca paytaxt Bakını və Türkiyəni seçir.
Onun 25 il hakimiyyətdə qalmasının tək səbəbi isə mərhum prezident Heydər Əliyevə və dövlət başçısı İlham Əliyevə sədaqəti olub.
Onun fəaliyyəti ilə bağlı təqdirəlayiq məqam kimi isə Muxtar Respublikanın şəhər və rayonlarında aparılan abadlıq quruculuq işləri göstərilir.

Günay Təhməzova
Gununsesi.info