Venesuelaya məxsus qırıcı təyyarə qəzaya düşdü

  • Müəllif: admin
  • 17 Oktyabr 2019 10:44

Venesuela Hərbi-Hava Qüvvələrinə məxsus “Su-30” tipli qırıcı təyyarə Cənubi Amerikada qəzaya düşüb.

Gununsesi.org-un xəbərinə görə, Bolivar Respublikasının kommunikasiya naziri Xorxe Rodriqes hadisə nəticəsində hər iki pilotun həlak olduğunu bildirib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

 

Gununsesi.org