
Gununsesi.info Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 3-5 iyul tarixlərində adı çəkilən idarəyə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Vergilər naziri Mikayıl Cabbarov iyulun 6-da, saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.











