Səhiyyə Nazirliyi: Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb

  • Müəllif: admin
  • 03 İyul 2018 09:44

Картинки по запросу Səhiyyə Nazirliyi:

 

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun Gununsesi.info-ya verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub: “Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. Xəstələr arasında ölüm faktı qeydə alınmayıb”.

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.