Vergilər nazirliyi dövlət üçün bu qədər pul yığıb - 4 MİLYARD

  • By admin
  • 05 Avqust 2016 14:06

Vergiler-Nazirliyi

 

Büdcəyə 4 milyard manata yaxın vəsait daxil olub.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub. Bununla da vergi yığımları üzrə proqnoz tapşırığına 100,4 faiz əməl edilib. Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.

Gununsesi.info