Azərbaycan və Tükiyə 3-cü ölkədə yeni layihə reallaşdıracaq - SƏFİR

  • By admin
  • 05 Avqust 2016 14:00

turkiye

 

Türkiyə və Azərbaycanın iş adamları üçüncü ölkələrə birgə sərmayə qoymaq və iqtisadi layihələr reallaşdırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun deyib. Onun sözlərinə görə, hazırda bu məsələ həm azərbaycanlı iş adamları, həm də rəsmilərlə keçirlən görüşlərdə müzakirə olunmaqdadır. “Biz təkcə Türk iş adamlarının Azərbaycanda və yaxud Azərbaycan iş admalarının Türkiyədə sərmayə qoyluşunda deyil, eyni zamanda bu iki ölkənin iş adamlarının birgə 3-cü ölkədə sərmayə qoyluşunda və iqtisadi layihələrin rellaşdırılmasında maraqlıyıq”- deyə, səfir əlavə edib.

Səfir onu da əlavə edib ki, Türk iş adamları Azərbaycanda özəlləşmə prosesində yaxından iştirak etmək niyyətinədirlər.

Mürtəza

Gununsesi.info