Həkim məsuliyyətsizliyi növbəti uşaq ölümünə səbəb oldu

  • By admin
  • 05 Avqust 2016 13:50

dogum

 

Sumqayıt şəhər 1 saylı Doğum evində körpə ölümü qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu gün çəkisi 3 kiloqram 600 qram olan körpə (qız uşağı) doğuşdan sonra ölüb.Körpə bu gecə saat 01:35-də doğulub.

Bildirilib ki, ciftdə qüsur olub və körpənin döldə əhatə olunduğu suyun hamısı nəcislə əhatə olunub: “Uşağın ağzı, burnu, bütün tənəffüs orqanları nəcislə dolub. Nəcis ciftdə patologiya olan zaman əmələ gəlir. Bəzi uşaqlarda nəcis az olduqda onu çıxartmaq olur, amma bu körpədə çox olduğuna görə doğuşdan sonra hər yandan – ağzından, burnundan, gözündən nəcis axıb. Ona görə də onu təmizləmək, uşağın həyatını xilas etmək mümkün olmayıb. Körpə doğulandan 2 dəqiqə sonra ölüb”. Məlumata görə, bu, ananın birinci hamiləliyi olub.

 

Gununsesi.info