Vergilərdən büdcəyə nə qədər vəsait daxil olub? – NAZİR AÇIQLADI

  • By admin
  • 24 Dekabr 2020 16:20

“Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görüb”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib .

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində iqtisadi tənəzzülü nisbətən yumşaltmaq mümkün olub:

“Bu ilin yanvar-noyabr aylarında vergilər hesabına dövlət büdcəsinə 6,8 milyard manat vəsait daxil olub. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar artıb. Bunun da səbəblərindən biri qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının tam şəkildə vergi sisteminə daxil olmasıdır”.

Gununsesi.org