Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ-YENİLƏNDİ

  • By admin
  • 10 Mart 2023 11:49

Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov yeni vəzifəyə təyin edilib.

Gununsesi.info Trend-in-ə istinadən xəbər verir ki , bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Hikmət Usubov tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi , polkovnik Əşrəf Allahyarov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

10:43

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H. Usubov sərəncama götürülüb. O, saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.

Gununsesi.info