Vilayət Eyvazovdan yeni təyinat

  • By admin
  • 04 Oktyabr 2019 10:38

Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu bu vəzifəyə gətirilib.

E.Əsgərov bundan əvvəl Tovuz Rayon Rolis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyib.

Qeyd edək ki, Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin olunub.

Gununsesi.org