Vitse-spiker 114 vətəndaşı qəbul edib

  • Müəllif: admin
  • 19 Yanvar 2017 11:29

bahar

“Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin parlamentin sonuncu 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib”.

Gununsesi.info xəbər verir ki, bunu MM sədrinin müavini Bahar Muradova sədri olduğu parlamentin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapb.

Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib.

Həmçinin, komitənin işçiləri tərəfindən 175 vənətdaş qəbul edilib, dinlənilib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info