Vladimir Putin sualtı ovda - O, DURNABALIĞINI İKİ SAAT TƏQİB EDİB - VİDEO

  • By admin
  • 05 Avqust 2017 10:00

970143_586519761398477_1513738779_n

Kremlin mətbuat xidməti prezident Vladimir Putinin sualtı ov zamanı çəkilmiş videosunu yayıb. 

Gununsesi.info-nun lent.az-a istinadən verdiyi məlumata görə, bu kadrlar Tuva Respublikası ərazisində göllərdən birində durnabalığı ovu zamanı lentə alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov Putinin Amur vilayətinə səfəri zamanı yolüstü Tuvada qaldığını, keçilməz Tayqa meşələrində olduğunu, kvadrosikl sürdüyünü, soyuq göldə çimdiyini və sualtı balıq ovu etdiyini mətbuata demişdi. “Bir durnabalığını iki saat təqib etdi, heç cür vura bilmirdi, amma axır ki, istəyinə nail oldu”, – deyə, mətbuat katibi əlavə edib.

Bu il iyunun 15-də isə prezident Putin özü bildirmişdi ki, onun ovladığı ən böyük balıq 4 il əvvəl tutduğu 15 kiloluq durnabalığı olub.

https://www.youtube.com/watch?v=bnHy1a8B9ug&feature=youtu.be

Gununsesi.info