Brent markalı neft bahalaşıb

  • By admin
  • 05 Avqust 2017 09:50

neft-s

Dünya birjalarında neft bahalaşıb. 

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar və ya 1,12% artaraq 49,58 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,33 dollar olub.

Həftənin əvvəlindən Brent markalı neft 0,9%, WTI isə 1,4% ucuzlaşıb.

Gununsesi.info