
Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
“Report”un məlumatına görə, son yarımfinalçı Türkiyə millisi olub.
“Ay-ulduzlular” qrup mərhələsində 1:3 hesabı ilə uduzduqları Rusiyaya bu dəfə heç bir şans verməyiblər – 3:0 (27:25, 25:18, 25:20).
Beləliklə, yarımfinalda Azərbaycan – Hollandiya, Türkiyə – Serbiya görüşləri keçiriləcək. Oyunlar sentyabrın 30-da olacaq. Bürünc medal uğrunda və final görüşləri isə oktyabrın 1-də olacaq.
Gununsesi.info










