Voleybol üzrə dünya çempionatı tarixində ilk -Dünya çempionatları tarixində yarışlar heç vaxt iki ölkədə keçirilməyib

  • By admin
  • 13 Yanvar 2019 21:38
Polşa və Hollandiya 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

“Gununsesi.org” xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyası (FİVB) bu iki ölkənin müraciətinin digər namizədlərdən daha yaxşı olduğunu hesab edib və təşkilatçılığı onlara həvalə edib.

Qeyd edək ki, dörd ildən bir keçirilən voleybol üzrə dünya çempionatları tarixində yarışlar heç vaxt iki ölkədə keçirilməyib.