Votsapda yeni funksiya işə salındı

  • By admin
  • 07 Dekabr 2021 14:08

Votsap istifadəçiləri daha bir yeni funksiyadan yararlana biləcək.

Gununsesi.info “The Verge” portalına istinadən xəbər verir ki, artıq votsapda istifadəçi tərəfindən seçilən müvafiq vaxtdan sonra yeni söhbətlərdə ismarıclar avtomatik silinəcək.

Yeni funksiya sayəsində ismarıclar 24 saat, bir həftə və yaxud 90 gündən sonra avtomatik silinə biləcək.

Sözügedən funksiyadan Android və İOS ilə çalışan telefonlarda istifadə etmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün votsapda məxfilik bölməsinə daxil olmaq və “silinən mesajlar”ı seçmək lazımdır.

Yen funksiyanın dekabrın 6-dan etibarən əlçatan olduğu bildirilir. Bununla belə, qeyd olunur ki, yenilənmənin telefonunuzda peyda olması bir neçə gün davam edə bilər.

Qeyd edək ki, ismarıcları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salmaq tələb olunurdu.

Gununsesi.info