
2016-cı ildə Qarabağ uğrunda gedən aprel döyüşləri 1994-cü ildə bağlanmış atəşkəs haqqında sazişin pozulması idi.
Gununsesi.info-nun sputnik-ə istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədindəki qoşunların təmas xəttində aprel eskalasiyasından sonra sülh prosesinin bərpası üçün fəal səylər göstəriblər. 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən sammitlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər” – deyə Zaxarova bildirib.
Diplomat əlavə edib ki, bu münaqişənin həlli və sülhün qorunması istiqamətində iş bütün səviyyələrdə davam edir.
Gununsesi.info











