“WhatsApp”a 1 ay vaxt qoyuldu - SƏBƏB

  • Müəllif: admin
  • 19 Dekabr 2017 23:16
Fransanın Məlumatların Mühafizəsi İdarəsi (CNIL) Avropa İttifaqının tələbini icra etməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, qurum “WhatsApp”a “Facebook”la məlumat mübadiləsini dayandırmaq üçün 1 ay vaxt verib.
Açıqlamada qeyd edilib ki, “WhatsApp” istifadəçilərinin məlumatlarını “Fabookdan” toplamaqla onların hüquqlarını pozur.
Məsələyə “WhatsApp”ın tərkibinə daxil olduğu “Facebook” şirkətindən hələlik heç bir münasibət bildirilməyib.
Gununsesi.info