“Barselona” FIFA-ya şikayət edildi

  • By admin
  • 19 Dekabr 2017 23:23


“Atletiko Madrid” klubu “Barselona”nı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) şikayət edib.

Gununsesi.info xəbər verir ki, buna səbəb isə Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmannı transfer etmək istəyən “Barselona”nın futbolçunun ailəsi ilə icazəsiz danışıqlar aparmasıdır.

“Barselona” prezidenti Xosep Mariya Bartomeunun iki gün öncə klubdan icazə almadan futbolçunun ailəsi görüşməsinin qanunsuz olduğu bildirilib.

Qeyd edək ki, “Atletiko Madrid”lə müqaviləsi 2021-22 mövsümünə qədər olan fransız hücumçunu “Mançester Yunayted” də heyətinə qatmaq istəyir.

Gununsesi.info