Xəstəxanada insulin davası -video

  • Müəllif: admin
  • 15 Noyabr 2018 14:00

 

Qaradağ rayonu, Sahil qəsəbəsində  yerləşən 23 saylı Birləşmiş Şəhər xəstəxanasında şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrə insulin verilmir. Bu barədə Gununsesi.org-a dərman almaq üçün oraya  yollanan xəstələr bildirib.

Onların spzlərinə görə, dərman almaq üçün oraya getsələr də ala bilmirlər.

Baş verənləri görüntüləyən vətəndaşlar onu Gununsesi.org-un elektron ünvanına yollayıb.

Dövlət tərəfindən pulsuz verilən insulini almaq üçün hətta gecədən növbə tutulsa da,  xəstələr preparatla təmin edilmir. Səbəb isə guya insulinin xəstələrin sayına görə deyil, məhdud sayda gəlməsidir. Xəstələrin dediklərinə görə isə dövlət tərəfindən göndərilən pulsuz gələn insulinlər xəstəxana heyəti tərəfindən mənimsənilir və sonradan pulla satılır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldı.

Olayın görüntülərini təqdim edirik:

Gununsesi.org