Xətai rayonunda qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi

  • By admin
  • 04 İyul 2020 10:20

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

 

Gununsesi.org xəbər verir ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

 

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Gununsesi.org