Xətai rayonunun bir neçə küçəsində təmir işləri aparılıb

  • By admin
  • 12 Avqust 2016 11:01

xat-1

 

Xətai rayonunun Telnov, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin bir hissəsində, həmçinin “Neapol dairəsi”nin ətrafında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-tikinti işləri aparılıb.

ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, təmir-tikinti işləri aparılan küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə, Telnov küçəsinin 23 min 700 kvadratmetr, Məzahir Rüstəmov küçəsinin 12 min 400 kvadratmetr, general Əliağa Şıxlinski küçəsinin isə 6000 kvadratmetr sahəsi asfaltlanıb.

Bundan başqa, təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, küçələr boyu yeni səki daşları düzülüb. Ümumilikdə isə Telnov küçəsinə 2400 poqonmetr, Məzahir Rüstəmov küçəsinə 950 poqonmetr, general Əliağa Şıxlinski küçəsinə isə 750 poqonmetr yeni səki daşı düzülüb.

“Neapol dairəsi”nin ətrafında da təmir işləri aparılıb, asfalt-beton örtüyü yenilənib və dairənin kənarlarında olan köhnə səki daşları təzələri ilə əvəzlənib.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib.

xat-2

Gununsesi.info