
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışını başa vurub. Gununsesi.info xəbər verir ki, futbolçularımız 5-ci yer uğrunda oyunda bu gün Qırğızıstan yığması ilə qarşılaşıb.
Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
Gununsesi.info