Xəzər dənizində 2 balıqçı itkin düşüb

  • By admin
  • 12 Noyabr 2017 11:54


Pirallahıda 2 balıqçı itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.

 

Gununsesi.info