Siciliyada mafioz klanın 20-dən çox üzvü yaxalanıb

  • By admin
  • 12 Noyabr 2017 12:03


Siciliyada hüquq-mühafizə orqanları və güc strukturları “Santapaola-Ercolano” mafioz qruplaşmasının 24 üzvünü saxlayıb.
“Report”un məlumatına görə, bu barədə “ANSA” agentliyi xəbər verib.
Bildirilir ki, mafiozlar Kataniya şəhərində fəaliyyət göstəriblər. Onlardan birinin klanın rəhbəri, 51 yaşlı Antonio Tomazellonun sağ əli olduğu qeyd edilir.
Bundan əlavə, bildirilir ki, artıq müstəntiqlər qruplaşmanın həbs edilmiş yeddi üzvünə qarşı ittihamlar irəli sürüblər.
Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndirilirlər.
Xatırladaq, daha əvvəl İtaliyada “Sacra corona unita”ın cinayətkar qruplaşmasının 50 üzvü saxlanılıb.

 

Gununsesi.info