Xəzərdə meyit tapıldı

  • By admin
  • 17 Fevral 2017 23:27

xezer_denizi_0451

 

Bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.

Gununsesi.info