Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirilib

  • Müəllif: admin
  • 02 İyun 2017 17:06

xelef_xelefov_esas_66

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.

İclasın sonunda kommünik qəbul olunub.

Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib.

Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.

Gununsesi.info