Xaçmaz bazarında yanğın baş verib

  • By admin
  • 23 İyul 2017 13:49

92285a17-1032-4fa9-9f2f-bc7c06fb3c47
Bu gün səhər saatlarında Xaçmaz şəhərinin 20 Yanvar və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən bazarda yanğın baş verib.
“Report”un xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib.
Hadisə nəticəsində 3 obyektin damı və 5 köşk – üstüörtülü piştaxta daxil olmaqla 100 kv.m sahə yanıb. İnsanlar hələ bazara gəlmədiklərindən xəsarət alan olmayıb. Yarım saat ərzində yanğının başqa ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Gununsesi.info