Xaçmazda çaqqallar qadına hucum etdi - VİDEO

  • By admin
  • 29 İyun 2016 16:42

caqqal

 

Xaçmaz rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.

Gununsesi.info Region TV-yə istinadən xəbər verir ki, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.

 

https://www.youtube.com/watch?v=JGOiDivofPM