Xaçmazda maşın aşıb, ölən və xəsarət alan var

  • By admin
  • 24 Avqust 2017 09:46

qeza_esas_7458

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Xudat-Yalama yolunun 3-cü km-də Xudat şəhər sakini, 1970-ci il təvəllüdlü Ələkbərov İlqar Ələkbər oğlunun idarə etdiyi “Daewoo” markalı 10 LC 160 dövlət nömrə qeydiyyatlı avtomobil idarəetmədən çıxaraq, aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin Xudat şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Orxan Saməddin oğlu ağır bədən xəsarətləri alaraq Xudat şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info