Düyünün möcüzəvi faydaları - HAMİLƏLƏR ÜÇÜN

  • By admin
  • 24 Avqust 2017 09:40

1448597859_hamile_xanim_00

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıl və quru paxlalılar yer alır.

Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir var

– Düyü qan şəkəri səviyyəsini sabit saxlamaqla həzmin rahat olmasına və zəngin minerallarla hamiləliyin rahat keçməsinə kömək edir. Təzyiqi nizamlamaq təsiri ilə yüksək təzyiqin qarşısını alır.

– A vitamini dəri, saç, diş əti sağlamlığı üçün əhəmiyyətlidir.

– B1 vitamini hüceyrə yaranması, həzm sistemi, sinir sistemi üçün əvəzedilməz vitamindir.

– B2 vitamini enerji verir.

– Tərkibindəki kalsium sağlam bədən, sümük toxuması üçün, diş çürüməsi, əl-ayaqladakı gücsüzlük, bədən ağrılarına qarşı faydalıdır. Bundan başqa, düyü hamilələrin ehtiyac duyduğu fol turşusu ilə də zəngindir.

Gununsesi.info