Xalçaçı-rəssam Lətif Kərimovun 110 illiyi qeyd olunacaq

  • By admin
  • 11 Noyabr 2016 16:52

latif

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun anadan olmasının 110 illiyi qeyd olunacaq.

Muzeydən Gununsesi.info-ya bildirilib ki, tədbirlə əlaqədar Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərgi də açılacaq. Sərgidə L.Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi tərəfindən bu sərgi üçün 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim ediləcək.

Bundan başqa, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək. Kitabda muzeydə qorunan, L.Kərimovun müəllifi olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublar dərc olunacaq.

Gununsesi.info