Xalisə Şahverdiyevanın qardaşı tikintidən yıxıldı - "TERAS PARK"IN RƏHBƏRLİYİ İŞÇİSİNİN TALEYİ İLƏ MARAQLANMIR

  • Müəllif: admin
  • 03 Fevral 2018 14:25

Tanınmış ictimai fəal Xalisə Şahverdiyevanın qardaşı Sevindik Şahverdiyev bu gün səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində inşa olunan “Teras Park” yaşayış kompleksindən yıxılıb.

Bu barədə Gununsesi.info-ya verilən məlumatda deyilir ki, Sevindik Şahverdiyev adıçəkilən yaşayış kompleksində fəhlə kimi çalışıb.

O da qeyd olunur ki, hadisədən dərhal sonra Sevindik Şahverdiyevi fəhlələr Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıblar.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Lakin buna baxmayaraq, “Teras Park” yaşayış kompleksinin rəhbərliyi hələ də Sevindik Şahverdiyevə baş çəkməyib, onun vəziyyəti ilə maraqlanmayıb.

Gununsesi.info