Xalq artisti 18 yaşlı oğluna toy edəcək

  • Müəllif: admin
  • 13 Mart 2020 14:57

Xalq artisti Simarə İmanova oğlunu evləndirir.

Gununsesi.org “Qafqazinfo”ya istinadla  xəbər verir ki, bu barədə muğam ustadı “5-də 5” proqramına qonaq olarkən bildirib.

Sənətçi 18 yaşlı oğlu Məhəmmədin tezliklə ailə quracağını söyləyib:

“Gözləmədiyim anda xoşbəxtlik oldu. Oğlumu evləndirirəm. Qız evinin xəbəri var, doğmalarımın isə yox. Elçi gedəcəyik. Çox sadə insanlardır, uzaq qohumumuzdur. Oğlumun öz seçimidir”.

Qeyd edək ki, xanəndə 2001-ci ilin oktyabrında Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onların bu nikahdan Çinarə adlı bir qız övladı da var.

Gununsesi.org