Xalq artisti və xanımından xərçəng xəstəsi olan uşaqlara dəstək

  • By admin
  • 03 Oktyabr 2019 22:16

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Moskva Dövlət Konservatoriyasının Böyük zalında keçiriləcək “Dmitri Xvorostovski və dostlarından uşaqlara” adlı xeyriyyə konsertində çıxış edəcəklər.

Gununsesi.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, tədbir oktyabrın 21-də baş tutacaq. Eyvazov və Netrebkodan savayı səhnəyə Yekaterina Qubanova, Luka Salsi və İldar Abdrazakov çıxacaq. İzləyicilərin ariya, duet və məşhur operalardan uvertüralar dinləmək imkanı olacaq.

 

 

Gununsesi.org