Xalq artistinin həbsdə olan köməkçisi prezidentə ağız açdı

  • By admin
  • 09 İyul 2016 11:39

komekci

 

İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynova prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və jurnalistlərə müraciət edib. Gununsesi.info bu barədə apa-ya açıqlamasında M. Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkilin sözlərinə görə, M. Hüseynova müraciətində əsassız yerə həbs olunduğunu bildirib, ona köməklik etməsini xahiş edib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. İyulun 8-də M. Hüseynova barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Gununsesi.info