Xameneyi Trampı axmaq adlandırdı - "AĞLI YERİNDƏ OLMAYAN ADAM"

  • By admin
  • 09 Yanvar 2018 20:05

İranda dekabrın 28-dən başlayan etirazların arxasında ABŞ və İsrail dayanır, aksiyalar Fars körfəzindəki zəngin bir ölkə tərəfindən maliyyələşdirilir.

Gununsesi.info xəbər verir ki, bunu İranın ali lideri Əli Xameneyi deyib.

ABŞ Prezidenti Donald Trampı da tənqid edən Ə.Xameneyi bildirib: “Hətta amerikalıların dediyinə görə ağlı yerində olmayan bu adam nümayiş oyunlarının cavabsız qalmayacağını bilməlidir”.

Qeyd edək ki, İranda bir həftədən çoxdur davam edən etirazlar zamanı 3700 nəfər saxlanılıb.

Gununsesi.info