Xarici borcumuz 11 milyardı ötdü

  • By admin
  • 14 İyun 2016 14:52

Rza Pul

 

01 aprel 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,44 milyard ABŞ dolları (11,48 milyard manat) olub. Gununsesi.info Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

 

Xarici dövlət borcunun 82.3 faizi, əsasən, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7 faizi beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

 

L.Səlimli

Gununsesi.info