Xeyriyyəçi Mübariz Mənsimov Masallının Miyankü kəndinə işıq çəkdirdi

  • By admin
  • 11 May 2020 15:07

Ötən gecə Masallının Miyankü kəndinin yolu işıqla təmin olunub.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.

O bildirib ki, bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstərişi Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimov azadlıqda olarkən vermişdi.

Miyankülülərin müraciətindən sonra maliyyə ayrılmış və işlərə başlanılmışdı.

Qeyd edək ki, M.Mənsimov Masallının Miyankü kəndindəndir.

Gununsesi.org