XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı açıqlama

  • By admin
  • 19 Dekabr 2020 15:21

“Bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi qəbul edilib.

Məlumat verdiyimiz kimi, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb”.