Istanbuldakı terror qurbanları arasında azərbaycanlılar var?

  • By admin
  • 29 İyun 2016 09:50

turk

XİN ARAŞDIRMAYA BAŞLADI 

Azərbaycan Xarici İşlər Nazirliyi dünən gecə saatlarında İstanbulun Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır. Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata məlumatı XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə yerinə gələn Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.