Xırdalanda maşının altında qalan şəxs öldü

  • By admin
  • 12 Oktyabr 2021 17:48

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini A.Hüseynov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi, əvvəllər məhkum olunmuş Asəf Rüstəmovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info