Xırdalanda yanğın

  • Müəllif: admin
  • 18 Noyabr 2018 22:38

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Gununsesi.org” a verilən məlumata görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında kağız tullantıları 4 m² sahədə və 1 ədəd plastik qapı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.